Azeri Express

Xidmətlər

Anbarlama

Anbarlama

Anbarlama xidməti ilə yüklərinizin ən təmiz və ən etibarlı şəkildə saxlanılmasını, qorunmasını təşkil edirik ! Müxtəlif çəki və həcmli yüklərinizi ürək rahatlığı ilə bizə əmanət edə bilərsiniz.

Gömrük

Gömrük

Bizim təcrübəli gömrük işləri üzrə mütəxəssislərimiz və deklarantlarımız idxal/ixrac olunan mallarınıza dair sənədlərə diqqət yetirir və mallarınızın vaxtında və etibarlı şəkildə bütün gömrük prosesindən uğurla keçməsini təmin edir.

Qəbul nöqtəsi

Qəbul nöqtəsi

Satdığınız məhsullarınız üçün pick up point məntəqəsi ola bilərik. Ofislərimiz sizin müştəriləriniz üçün təhvil-təslim məntəqəsi rolunu oynaya bilər.

Beynəlxalq dəniz daşımaları

Beynəlxalq dəniz daşımaları

Dəniz yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərini tam təmin edirik. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını,daşınan malın xüsusiyyətlərini təhlil edib, sifarişçi üçün ən münasib çatdırılma marşrutunu tərtib edirlər. Məsafədən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edirik.

Ölkədaxili məktubların və bağlamaların çatdırılması

Ölkədaxili məktubların və bağlamaların çatdırılması

Ölkədaxili istənilən rayon, şəhər, kənd və qəsəbələrə fərdi və korporativ məktubların və bağlamaların çatdırılmasını həyata keçiririk. Azeri Express Azərbaycanda yeganə özəl poçt şirkətidir ki, bölgələrə olan çatdırılmaları 1 gün ərzində fərdi maşınlar vasitəsilə həyata keçirir.

Beynəlxalq quru daşımaları

Beynəlxalq quru daşımaları

Beynəlxalq yük daşımalarının avtomobil yolu ilə daha keyfiyyətli, təhlükəsiz və qısa müddətdə daşınmasını təmin edirik. Əlavə olaraq Poti limanına gələn konteynerlərin də daşınmasını təşkil edirik. Bu zaman gömrük rəsmiləşdirilmə proseslərini də öz üzərimizə götürüb sizə daha operativ və keyfiyyətli bir xidmət sunuruq.

Beynəlxalq çatdırılma - FedEx

Beynəlxalq çatdırılma – FedEx

01.09.2018-ci il tarixindən etibarən dünyanın ən böyük ekspress nəqliyyat şirkəti olan FedEx Express-ın Azərbaycan üzrə yeganə rəsmi nümayəndəsiyik. Dünyanın 200-dən artıq ölkəsinə ekspress olaraq fərdi və korporativ məktubların və bağlamaların çatdırılmasını həyata keçiririk.